İraqda ABŞ-ın hərbi karvanı yolunda partlayış baş verib
İraq mediaları bu ölkənin cənubunda Amerika hərbi karvanının keçdiyi yolda bomba partlayışından xəbər veriblər.
SəhərAzəri xəbər verir ki, İraqlı mənbələr bildiriblər ki, həmin partlayış Əlmusənna vilayətinin Əlsəmavə bölgəsində baş verib.
Bu məlumata görə, ABŞ qüvvələrini aparan iki yük maşını Əlsəmavə şosesində ziyan çəkib və xarab olubdur.
«Qasim Əlcəbbarin» qrupu partlayışın məsuliyyətini üzərinə götürüb.
Əlməyadin telekanalı bildiribdir ki, hərbi karvan insan tələfatı verməyib və yalnız yük maşınlarının içindəki vəsaitlərə ziyan dəyibdir.
Ələrəbiyyə telekanalı da iddia edibdir ki, bu karvanın hərəkəti yolunda üç bomba partlayıb.
İraqın xalqı və siyasi qrupları ABŞ qüvvələrinin bu ölkədən çıxmalarını istəyirlər. İraq parlamenti də xarici qüvvələrin İraqdan çıxmaları layihəsini qəbul edibdir.