Səudiyyə rejimi Şeyx Zəkzəkini öldürmək üçün milyon dollar xərcləyib
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin vəkili Səudiyyə rejiminin şeyxi öldürtmək üçün Nigeriya səlahiyyətlilərinə milyonlarla dollar verdiyini söyləyib.
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin vəkili Səudiyyə rejiminin şeyxi öldürtmək üçün Nigeriya səlahiyyətlilərinə milyonlarla dollar verdiyini söyləyib. "ABŞ, sionist rejimi və Səudiyyə rejimi, Nigeriya prezidenti Məhəmməd Buxariyə Şeyx Zəkzəkiyə qarşı sui-qəsd etməyi tapşırıb", - deyə İshak Adam bildirib.
SəhərAzəri parstoday-a istinadən xəbər verir, vəkil Şeyx Zəkzəkinin vəziyyəti kritik olduğunu və 2015-ci ildən etibarən ev həbsində olduğu üçün heç kimin onun haqqında yeni məlumatlar əldə edə bilməməsini söyləyib. Xatırladaq ki, Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı 2015-ci ildə dekabrın 13-ü Zariya şəhərində Hüseyniyəyə Nigeriya rejimi tərəfinfən hərbi basqın zamanı həbs edilib. Şeyx Zəkzəkinin tutulduğu gün Nigeriya hərbçiləri Hüseyniyə və Şeyxin evi qarşısında nümayişçilərə atəş açaraq Şeyx Zəkzəkinin üç övladı da daxil olmaqla, yüzlərlə insanı qətlə yetirib. Nigeriya hökuməti indiyə qədər Şeyx Zəkzəkinin və həyat yoldaşının müxtəlif bəhanələrlə azadlığa buraxılmasına mane olur və hətta onlara tibbi yardım göstərməkdən imtina edir. Son aylarda Şeyx Zəkzəkinin fiziki vəziyyəti pisləşdiyinə görə, hüquq müdafiə qrupları dəfələrlə Nigeriya İslam Hərəkatının liderinin sərbəst buraxılmasına çağırışlar edir.