Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371288-səudiyyə_Ərəbistanında_yeni_neft_və_qaz_yataqları_kəşf_edildi
Səudiyyə Ərəbistanının Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman “Saudi Aramco” şirkəti tərəfindən ölkədə dörd yeni neft və qaz yatağının kəşf edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2020 16:32 Asia/Baku
  • Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edildi

Səudiyyə Ərəbistanının Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman “Saudi Aramco” şirkəti tərəfindən ölkədə dörd yeni neft və qaz yatağının kəşf edildiyini bildirib.

SəhərAzəri xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA informasiya agentliyi məlumat yayıb. 

Neft yataqlarından biri Dahran şəhərindən şimal-qərbə, ölkənin şərqində kəşf edilib, ikinci yataq Rafha şəhərindən şimal-qərbə, İraqla sərhəd ərazidə tapılıb.

Qaz ehtiyatları isə Qavar neft yatağından cənub-qərbdə, Əl-Minahaz quyusunda kəşf edilib.

Nazirin sözlərinə görə, “Saudi Aramco” yataqların həcmlərinin müəyyənləşdirilməsi və neftin, qazın, kondensatın miqdarının qiymətləndirilməsi işini davam etdirir.