İraq məhkəməsi Trampın həbsi haqqında qərar çıxarıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371739-İraq_məhkəməsi_trampın_həbsi_haqqında_qərar_çıxarıb
İraqın Ər-Rusafə İstintaq Məhkəməsi ABŞ Prezidenti Donald Trampın həbsi barədə qərar çıxarıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 07, 2021 13:54 Asia/Baku
  • İraq məhkəməsi Trampın həbsi haqqında qərar çıxarıb

İraqın Ər-Rusafə İstintaq Məhkəməsi ABŞ Prezidenti Donald Trampın həbsi barədə qərar çıxarıb.

SəhərAzəri xəbər verir, Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın “Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasim Süleymani və “Haşdüş-Şəbi” qüvvələrinin liderinin köməkçisi Əbu Mehdi Əl-Mühəndisin terror edilməsində ittiham olunur.

Qeyd edək ki, 3 yanvar 2020-ci ildə ABŞ qüvvələri tərəfindən Bağdad hava limanı yaxınlığına endirilən hava zərbələri nəticəsində general Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndis şəhid edildilər.

Qərarın Cozef Baydenin prezident seçkilərində qalibiyyətinin rəsmiləşdirilməsindən sonra açıqlanmas diqqət çəkir.