İraq XİN: "ABŞ-ın Falih Əl-Fəyyaza qarşı hərəkəti qəbuledilməzdir"
İraqın Xarici İşlər Nazirliyi ABŞ-ın Həşdüş-Şəbi Təşkilatının sədrinə qarşı sanksiya tətbiq etmə hərəkətini qəbuledilməz adlandırıb.
SəhərAzəri xəbər verir, İraqın Xarici İşlər Nazirliyi bir bəyanatda, ABŞ-ın Maliyyə Nazirliyinin İraqın Həşdüş-Şəbi Təşkilatının sədri Falih Əl-Fəyyaza qarşı verdiyi qərardan təəccübləndiyini bildirərək, vurğulayıb: Bu qərar "gözlənilməz və qəbuledilməz" bir hərəkət idi.
Nazirlik əlavə edib: "ABŞ-ın Maliyyə Nazirliyinin iraqlı şəxsiyyətlərə qarşı çıxardığı bütün qərarlar ABŞ-ın hazırkı və gələcək hökuməti ilə təmaslarda diqqət mərkəzində saxlanılır və onun nəticələri nəzərdən keçirilir".
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi cümə günü Falih Əl-Fəyazın adını sanksiyalar siyahısına daxil etdiyini bildirib.
İraqın Həşdüş-Şəbi Təşkilatının sədri Falih Əl-Fəyyaz indiyədək dəfələrlə İraq parlamentinin qərarına uyğun olaraq, ABŞ qüvvələri başda olmaqla xarici qüvvələrin İraqdan çıxarılmasına çağırıb.