Yan 16, 2021 20:06 Asia/Baku
  • Kərkük və Nəcəf Əşrəfdə zəfər komandirlərinin ildönümü keçirilib

Nəcəf Əşrəfdə Kərkükdə zəfər komandirlərinin şəhadətinin birinci ildönümü münasibətilə Əl-Ənbardan gələn bir nümayəndə heyətinin iştirakı ilə bir anım mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, Əl-Aləm TV-nin verdiyi məlumata görə, Nəcəf Əşrəfdə Kərkükdə zəfər komandirlərinin şəhadətinin birinci ildönümü münasibətilə Əl-Ənbardan gələn bir nümayəndə heyətinin iştirakı ilə anım mərasimi keçirilib.
İraqın Əl-Ənbar əyalətindən bir heyət Şəhid Əbu Məhdi Əl-Mühəndisin məzarını ziyarət edərək Hac Qasim Süleymani və Hac Əbu Məhdi Əl-Mühəndisin şəhadətinin birinci ildönümündə zəfər komandirlərinu anıblar.
Digər tərəfdən, Kərkük əhalisi tərəfindən də bu münasibətlə bir anım mərasimi keçirilib. Mərasimə Kərkük əhalisinin  hər təbəqəsindən çox sayda insan qatılıb və mərasimdən sonra zəfər komandirlərinin şərəfinə adlandırılmış prispektin açılışı keçirilib.

Teqlər