ABŞ Suriyanın neft və buğdasını oğurlayır
ABŞ-ın işğalçı hərbçiləri bu gün (25 yanvar) də Suriyadakı bazalarını gücləndirmək məqsədilə hərbi və logistika təchizatlardan ibarət bir karvanı bu ölkənin şərqinə göndəriblər, digər tərəfdən neft və buğda daşıyan bir karvanı da bu ölkə ərazisindən xaric ediblər.
SəhərAzəri SANA-ya istinadən xəbər verir ki, Əl-Həsəkə vilayətindəki yerli mənbələr bildiriblər ki, bazar günü ABŞ-ın işğalçı qüvvələrinə məxsus hərbi və logistika təchizatı daşıyan 45 yük maşını və bir neçə tankerdən ibarət bir karvan qanunsuz Əl-Vəlid keçidindən keçərək, ABŞ-ın Suriyanın Əl-Cəzirə bölgəsindəki hərbi bazalarına dəstək vermək üçün bu ölkəyə daxil olublar.
Həmçinin ABŞ qüvvələrinə məxsus təxminən 70 yük maşını və bir neçə tanker, Suriyanın Demokratik Qüvvələrinə aid bir neçə hərbi nəqliyyat vasitəsilə birlikdə Suriyadan oğurlanmış neft və buğdanı elə həmin Əl-Vəlid keçidi vasitəsilə satış məqsədilə İraq ərazisinə çatdırıblar.
Digər bir xəbərə əsasən, şənbə günü işğalçı ABŞ qüvvələri silah və logistika təchizatı ilə dolu 16 yük maşınından ibarət bir karvanı Deyr Əz-Zorun şimal-şərqində yerləşən Koniko neft yatağındakı hərbi bazaya çatdırıblar.
ABŞ hərbçiləri onlara bağlı olan Suriyanın Kürd Demokratik Qüvvələri (QSD) ilə birlikdə uzun müddətdir ki, bu ölkənin şimal və şimal-şərqində qanunsuz olaraq, mövcuddurlar və bu ölkənin neft ehtiyatlarını talan etməklə bərabər, bölgədəki buğda siloslarının böyük hissəsini ələ keçiriblər.