Mişel Oun: "Səd Həriri yeni kabinetin qurulmasında özbaşınalıqda israrlıdır"
Livan prezidentinin ofisi bir bəyanatda bildirib ki, baş nazir vəzifəsini icra edən Səd Həriri hər zaman yeni nazirlər kabinetinin təşkilində özbaşınalıqda qərarlı olub.
SəhərAzəri xəbər verir ki, Livan prezidentinin ofisi bildirib ki, Səd Həririnin informasiya ofisinin yaydığı bəyanatda səh məlumatlara yer verilib və Səd Həriri tənqidlərə cavab verərək, sübut edibdir ki, kabinetin təşkilində özbaşınalıqda qərarlıdır və bu məsələdə iştirak etmək istəyən prezidentin mülahizələrinə məhəl qoymur".
Mişel Ounun ofisi əlavə edib: "Tərəfdaşlıq,əhd və həqiqi uyğunluq prinsiplərini rədd edən bir hökumətin milli tarazlığı olmayacaq və onun təməli möhkəm olmayacaq.
Livanın yeni nazirlər kabinetini formalaşdırmaq missiyasını daşıyan baş nazir Səd Həriri cümə günü Livan prezidenti Mişel Ounu sərt şəkildə tənqid edərək, deyib: "Livan prezidentliyi hökumətin qurulması ilə bağlı fikir ayrılıqlarını qəbilə mübahisələrinə tərəf sövq etdirmək istəyir".
Livan 2020-ci ilin avqustundan bəri Həssan Diabın müvəqqəti hökuməti tərəfindən idarə olunur. Keçən oktyabr ayında yeni nazirlər kabinetinin qurulması Səd Həririyə tapşırılıb, lakin yeni kabinet hələ qurulmayıb.
Bu elə bir haldadır ki, son günlərdə Livan xalqı dəfələrlə ölkənin pis iqtisadi vəziyyətinə etiraz olaraq, aksiya keçirib.