Fev 14, 2021 18:37 Asia/Baku
  • Səəd Həriri Livanın 77-ci hökumətinin təşkilinə bir maneədir

Livanın yeni nazirlər kabinetinin təşkilinin Səəd Həririyə tapşırılmasından dörd aya yaxın vaxt keçir. Onun on səkkiz nazirin/ prezidentin və parlament üzvlərinin nəzəri öyrənilmədən seçilməsinə israr etməsi yeni hökumətin təşkilini dalana dirəndirib.

SəhərAzəri xəbər verir ki, Səəd Həririnin Livan prezidenti Mişel Ounla görüşdən sonrakı sözləri ilə/ bu ölkənin 77-ci hökumətinin təşkilinin qaranlıq gələcəyi.

m.k- Hər kəs bundan başqa bir şey fikirləşərsə, yanılır. Əsas ideya, hökumətin teknokrat nazirlərlə yaradılması olacaq. Prezidentə dedim, amma razılığa çatmadıq.

Livanın yeni nazirlər kabinetinin təşkilinin Səəd Həririyə tapşırılmasından dörd aya yaxın vaxt keçir. Amma o, on səkkiz nazirin prezidentin və parlament üzvlərinin nəzəri öyrənilmədən və yalnız onun nəzəri ilə seçilməsinə təkid edir.

Siyasi analitik Həsən Cuni bu haqda belə deyir:

m.k- Bu qənaətdəyəm ki, hökumətin təşkili ciddi problemlərlə üzləşir və onun çox hissəsi Həririyə aiddir. Tərslik, xaricilərə istinad, gələcək hökumətdə parlament əksəriyyətinin nəzərini aradan götürməyə səy,/ təəssüflə, Amerika başda olmaqla qərblilərin istəyidir.

Livan xalqının gözləntisi, bu ölkədə iqtisadi rövnəq/ və korrupsiya ilə mübarizə üçün nazirlər kabinetinin tez bir zamanda təşkilidir.

Bəzi livanlı analitiklər Həririnin nazirlər kabinetinin təşkili üçün parlament üzvləri ilə anlaşmaması və tərsliklərinin dəlilini, bəzi xarici rəsmilərin onu himayə üzrə son görüşlərində göstərdikləri yaşıl işıq hesab edirlər.

Livanın 76-cı hökumətinin baş naziri Həssan Diyabın istefasından altı aydan çox bir vaxt keçir. Bu ölkənin əsas qanununda Livanın yeni hökumətinin təşkili üçün xas bir zaman müəyyən edilməyib və yalnız parlament üzvləri/ və nazirlər kabinetinin təşkili tapşırığını almış prezidentin anlaşmas/ gələcək hökumətin yaradılmasının yeganə yoludur.

Teqlər