Mart 13, 2021 09:48 Asia/Baku
  • Hərat partlayışında ölən və yaralananlar var

Əfqanıstanın qərbində yerləşən Hərat şəhərində baş verən terror partlayışında azı səkkiz nəfər ölüb, 48 nəfər isə yaralanıbdır.

SəhərAzəri xəbər verir ki,Əfqanıstan müdafiə nazirliyi bir bəyanatda bildirib ki, yerli vaxtla cümə günü saat 21-də Hərat şəhərinin 14-cü təhlükəsizlik dairəsinin «Gənce sabeq» bölgəsində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində səkkiz mülki şəxs ölüb, 48 mülki isə yaralanıbdır.

Bu terror partlayışında ölən və yaralananlar arasında bir qrup uşaq və qadın da var.

Yaralılardan bəzilərinin vəziyyəti ağır elan olunub. Yaralıların sayının artmasına görə, ölənlərin sayının artması ehtimalı var.

İlkin xəbərlərdə yalnız beş nəfərin yaralandığına işarə edilmişdi.

İndiyədək bir şəxs və ya qrupun bu partlayışın məsuliyyətini üzərinə götürməməsinə rəğmən, Əfqanıstan müdafiə nazirliyi Talibanı onun amili kimi təqdim edibdir.

Teqlər