Sionist qəsəbə sakinləri qərb sahilinin cənubuna basqın ediblər
Bir qrup sionist qəsəbə sakini qərb sahilinə basqın edərək, etirazçıları həbs edib.
SəhərAzəri xəbər verir ki, Sionist hərbçilər, qərb sahilinin cənubunda öz əcdadlarının torpaqlarının müsadirə edilməsinə etiraz edən fələstinli uşaqları həbs ediblər. Bu təsvirlərlə işğalçıların kobud və vəhşi simaları daha da aşkar olur.
m.k- Bu bölgənin bütün fələstinliləri öz torpaqlarını müdafiə etmək üçün səhnədə hazır olublar. Sionist qəsəbə sakinləri qəsbkar ordunun himayəsilə bizim torpaqlarımıza giriblər.
Sionist hərbçilər səs bombaları və zəhərli qazlarla Susya bölgəsindən olan fələstinlilərə hücum ediblər.
Qəsbkarlar fələstinliləri zorla öz torpaqlarından çıxarırlar ki, həmin yerləri sionist qəsəbə inşası üçün hazırlasınlar.
m.k- Biz pozğun sionist dəstələrini torpaqlarımızdan uzaqlaşdırmağa çalışdıq. Amma işğalçı ordu bildirdi ki, bu rayon, hərbi rayondur. Onlar bütün etirazçıları yatırdılar.
Sionistlər qərb sahilinin cənub rayonlarını müsadirə etməyə başlayıblar.