Ərəbistanda işgəncənin artması təhlükəli bir rəftarın nişanəsidir
Bir insan haqları təşkilatı bildirib ki, Ərəbistanda işgəncə və cəzadan qaçma mədəniyyəti həbs zamanı bir cəza növü olaraq istintaq boyu etiraf almaq üçün planlaşdırılmış işgəncəetmə nişanəsidir.
SəhərAzəri xəbər verir ki, «Əlqəst» insan haqları təşkilatının vebsaytı yazıb: Ərəbistan bu ölkənin vəliəhdi Muhəmməd bin Salmanın hakimiyyətə gəldiyi zamandan bəri insan haqları barədə ciddi və nigaranedici rəftarlara üz tutubdur.
Bu məlumata görə, işgəncənin qarşısını almaq üçün əsas hüquq zəmanətlərinin olmaması, işgəncənin tətbiq edilməsi üçün bir zəmin yaradır və terrorizmlə mübarizə bəndləri kimi bəzi qanunlar işgəncə prosesini asanlaşdırmaqdan əlavə, onun təşviq edilməsinə də bais olur.
Bu məlumatda sonra deyilir: Məhbuslar məhkəmələrdə özlərinə qarşı işgəncələrdən danışsalar da məsul şəxslər bu iddialar barədə heç bir təhqiqat aparmayıblar və məhkəmələr hələ də işgəncə altında alınan etiraflara hüquqi dosyalarda bir dəlil kimi istinad edirlər.
Bu məlumat həmçinin Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın hakimiyyətə gəldiyi zamandan bəri ötən üç il ərzində onun yaxınlarının qeyri-rəsmi təcridxanalarda insan haqları müdafiəçiləri olan qadınlara qarşı qrup halında işgəncə vermələri də daxil olmaqla onun təhlükəsizlik aparatlarına yiyələnməsi və bu aparatların strukturunun yenidən qurulması ilə bağlı yeni olaylar barədə informasiyalar təqdim edibdir.
Həmin hesabatda bəzi sarayların zirzəmilərindən işgəncə üçün istifadə edilməsi də ifşa olunubdur.