Livanda hökumət böhranı: kütləvi etirazlar başladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374776-livanda_hökumət_böhranı_kütləvi_etirazlar_başladı
Livanda hökumətin formalaşdırılması ilə bağlı Baş nazir Səid Həriri və Prezident Mişel Aun arasında keçirilən danışıqların nəticəsiz başa çatmasından sonra ölkədə etiraz aksiyaları başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2021 02:38 Asia/Baku
  • Livanda hökumət böhranı: kütləvi etirazlar başladı

Livanda hökumətin formalaşdırılması ilə bağlı Baş nazir Səid Həriri və Prezident Mişel Aun arasında keçirilən danışıqların nəticəsiz başa çatmasından sonra ölkədə etiraz aksiyaları başlayıb.

SəhərAzəri-LBC  xəbər verir ki, etirazçılar Beyrutun mərkəzi küçələrini, paytaxtla hava limanını birləşdirən magistral yolu bağlayıb.

Gənclərdən ibarət bir qrup Mərkəzi Bankın qarşısında zibil qutuları, avtomobil şinlərini yandırıblar.

Danışıqların nəticəsiz bitməsindən sonra ölkənin milli valyutası ciddi şəkildə dəyər itirməyə başlayıb. Hazırda qara bazarda 1 ABŞ dolları 14 min Livan funtuna təklif olunur.