Yəmən Ənsarullahı səud təcüvüzü qarşısında müqavimət simvoludur
Ənsarullah döyüş meydanında müharibəni idarə etməyə müvəffəq olub və öz hərbi bacarıqlarının artırılması səmtinə doğru addım atıbdır.
SəhərAzəri xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatı təqribən altı il bundan öncədən təcavüzkar səud koalisiyası qarşısında müqavimət simvolu və avanqardı kimi bu hərəkatın baş katibi Əbdulməlik Bədrəddinin agahlığı ilə təcavüzkarlarla mübarizə üzrə böyük xalq bazası yarada və onunla paralel surətdə müzakirə aparan siyasi komanda vasitəsilə siyasi addımlar atmaqla səudiyyəni Ənsarullah ilə dialoqa vadar edə bilibdir.
Təcavüzlə mübarizə üzrə yəmənli partiyalar qurumunun sədri deyir:
m.m- Yəmən Ənsarullahı bu ölkənin qəsb edilməsil planı ilə mübarizə oxunun ucudur. Məhz bu hərəkatın ciddi-cəhdi ilədir ki, bütün istiqamətlərdə böyük dəyişiklik baş verib. Xalqın himayəsilə Ənsarullah xalqa rəhbərlik edə, böyük milli layihənin öncülü ola və ölkəni qaranlıq tunel problemindən, yəni yəmənlilərin siyasi qərarlarında qəyyumluq və hökmranlıq planından çıxara bilibdir. Və biz bu gün yeni Yəmənin şahidiyik.
Milli siyasi heyətin üzvü deyir:
m.m- Ənsarullahın ilk növbədə həyata keçirdiyi məsələ, yəmənlilərin qərarçıxarmada azadlığı və səud-amerikan hökmranlığından siyasi müstəqillikdir. Digər tərəfdən, ardıcıl qələbələr həyata keçibdir ki, bunlara, hərbi sənayenin inkişafına nail olmağa, xüsusən çəkindiricilik müvazinəti yarada bilmiş raketlər və PUA-lara işarə etmək olar.
Ənsarullah döyüş meydanında müharibəni idarə etməyə müvəffəq olub və öz hərbi bacarıqlarının artırılması səmtinə doğru addım atıbdır. Bu addımların nəticəsində Ənsarullah hərəkatı döyüş meydanlarında böyük qələbələrə nail olubdur ki, təcavüzkar koalisiya heç vaxt onu gözləmirdi. Zira döyüş meydanının qalibi müzakirə masası arxasında daha güclü olacaq.
Yəmən Ənsarullahı, onu hərbi gücə və xalq bazasına malik olan siyasi bir qrup kimi rəsmən tanınmaları üçün, beynəlxalq təşkilatları və dövlətləri qane edə bilib, bundan əlavə, təhlükəsizlik və sabitliyin bərqərarı və hökumət işlərindəki idarəçiliyini sübut etməyi bacarıbdır.
Bu gün Ənsarullah, təcavüzkar koalisiya qarşısında möhkəm bir mövqe tutub. Mənsur Hadinin və onun ətrafındakıların daha siyasi və hərbi gerçəkliklərə təsiredici ola bilmədikləri bir halda, maraqlıdır ki, bu gün İngiltərə və Amerika regional vasitələr yolu ilə Ənsarullah ilə dialoqa hazırdırlar. Eyni zamanda Trampın Ənsarullahı terror qrupları siyahısına salmaq üzrə planı uğursuz qalıbdır.