Apr 08, 2021 22:58 Asia/Baku
  • Bağdad və Vaşinqtondan ABŞ qüvvələrinin İraqdakı vəziyyətinə dair birgə bəyanat

Bağdad və Vaşinqton birgə bəyanatında ABŞ koalisiyasının planlı şəkildə İraqdan çıxarmağa razı olublar.

SəhərAzəri:AFP-nin məlumatına görə, bəyanatda belə deyilir: “Tərəflər ABŞ və koalisiya qüvvələrinin missiyasının dəyişdiyini və sonrakı texniki danışıqlarda irəli sürülən cədvələ əsasən təlim, məsləhətləşmə və qalan hərbi qoşunlarının İraqdan çıxarılmasına diqqət yetirəcəklərini qəbul etdilər.

 İraq hökuməti beynəlxalq koalisiyanın heyətini, karvanlarını və diplomatik obyektlərini qorumaq öhdəliyini bir daha təsdiqlədi. İki ölkə ABŞ və koalisiya personalının iştirak etdiyi bazaların İraq bazaları olduğunu və varlıqlarının yalnız İraqın İŞİD-ə qarşı mübarizə səylərinə dəstək olduğunu vurğuladı.

 İki ölkə qlobal koalisiyanın fəaliyyətlərinin Peşmərgə də daxil olmaqla, İraq təhlükəsizlik qüvvələrinin ehtiyacları ilə uyğun olmasını təmin etmək üçün ortaq hərbi komitə vasitəsilə danışıqları davam etdirməyi planlaşdırır”. Deyerler.org

 

Teqlər