İraq baş naziri Ərbil hava limanına hücuma görə istintaq başladılmasına göstəriş verib
İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü, bu baş nazirin Ərbil hava limanı yaxınlığına və digər bölgələrə endirilən zərbələrlə bağlı dərhal araşdırmalara başlanmasını əmr etdiyini açıqlayıb.
SəhərAzəri xəbər verir ki, "Əl-Süməriyyə" xəbər kanalının məlumatına görə, İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü Yəhya Rəsul bu gün bir bəyanatda bildirib ki, bu ölkənin baş naziri Mutafa Əl-Kazimi İraqda təhlükəsizliyin qorunmasının İraq hökumətinin və ölkənin təhlükəsizlik qüvvələrinin məsuliyyəti olduğunu vurğulayıb.
Bəyanata əsasən, Əl-Kazimi bu hücumları "terror aktı" kimi dəyərləndirib və onlardan məqsədin İraqın təhlükəsizliyinin məhv edilməsi olduğunu bildirib.
Qeyd edək ki, media mənbələri çərşənbə günü axşam Ərbil hava limanı yaxınlığında ABŞ hərbçilərinin istifadə etdiyi bazaya və İraqın şimalında Türkiyə hərbçilərinin bazasına raket hücumundan xəbər veriblər.