Apr 17, 2021 23:11 Asia/Baku
  • İsrail rejimi Ramazan ayında Qəzzəni bombalamağa davam edir

İsrail rejimi döyüş təyyarələri və PUA-ları ilə Ramazan ayında da Qəzzəyə hücumlarını davam etdirir.

SəhərAzəri Anadolu-ya istinadən xəbər verir ki, İsrail rejiminin ordusunun döyüş təyyarələrinin hava hücumu blokada altındakı Qəzzənın müxtəlif bölgələrindəki boş ərazilərə edilib.

Hücum nəticəsində ölən və yaralananların olmadığı qeyd edilir.

Sionist ordusunun Tvitter səhifəsində verilən açıqlamada, döyüş təyyarələrinin Qəzzədə HƏMAS-a aid bəzi mövqelərə hava zərbələri endirdiyi qeyd edilib.

Açıqlamada hücumun Qəzzədən İsrail rejiminə doğru atılan raketə cavab olaraq həyata keçirildiyi və silahların saxlanılması üçün istifadə edilən bir obyektin, inkişaf mərhələsində olan zenit raket buraxılış sahəsinin və hücumlar üçün istifadə edilən tunelin hədəfə alındığı qeyd edilib.

Qəzzədən raket hücumuna görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Hücumla bağlı HƏMAS-dan açıqlama verilməyib.

Teqlər