Dünya dövlətlərindən sionist İsrailə təpki
Küveyt: “İsrail rejimi hərbi cinayət törətdi”
Küveytin xarici işlər naziri İsrail rejiminin ordusunun Qəzzada törətdiyi dəhşətli cinayətlərin hərbi cinayətləri sayıla biləcəyini söyləyib.
SəhərAzəri Farsnews-a istinadən xəbər verir ki, Küveytin xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əs-Səbah öz açıqlamasında bildirib ki, İşğalçı İsrail rejiminin qüvvələrinin törətdikləri dəhşətli cinayətlər hərbi cinayət sayıla bilər. İşğalçılar şiddət, zülm və təcavüz yolu ilə Qüdsdə və Qəzzədə fələstinlilərə qarşı amansız əməliyyatlar həyata keçirərək, insanları öldürdü, binaları yıxdı, bitkilərə və ağaclara od vurdu, uşaqların və köməksiz qadınların fəryadlarına məhəl qoymadı”.
Nazir rəsmi Küveyt xəbər agentliyinə verdiyi açıqlamasında bunları deyib: “Fələstinlilər 1967-ci il sərhədlərində Şərqi Qüdsün paytaxtı ilə öz müstəqil dövlətlərini qurmalıdırlar və Fələstin məsələsi Küveytin xarici siyasətinin əsas narahatlıqlarından biridir.
Qəzzədə 25 dəqiqədə 52 döyüş təyyarəsinin istifadə etdiyi 120 hava hücumuna və mülki şəxslərin şəhid olmasına, infrastrukturun dağıdılmasına və məscidlərin, evlərin, məktəblərin və xəbər mərkəzlərinin bombalanmasına işarə edən nazir, belə danışıb: “Təcavüz 12 gün davam etdi və 66 uşaq, 39 qadın, beşi əlil olmaqla 254 nəfər şəhid oldu. Hücum nəticəsində 8 mindən çox insan yaralandı. 1500-dən çox yaşayış binası və 50 məktəb dağıdıldı və 75.000 ailə məcburi köçkünə çevrildi.