Əfrinə qarşı raket hücumlarında ölən və yaralananlar var
İnformasiya mənbələri dünən gecə Suriyanın şimalında yerləşən Hələb vilayətinin Əfrin şəhərinə qarşı iki raket hücumundan xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, bu hücumlarda azı 18 nəfər ölüb, 33 nəfər də yaralanıb.
Məlumata görə, ilk hücum bir yaşayış massivinə qarşı olub. İkinci hücumda isə bir xəstəxana hədəfə alınıb.
Əlaləm telekanalı bildirib ki, Əfrində yerləşən Əlşəfa xəstəxanasına qarşı raket hücumunda azı on üç nəfər öldürülüb.
Belə bir halda, Anadolu xəbər agentliyi yerli mənbələrə istinadla bildiribdir ki, bu hücumlar Suriya Demokratik Birlik Partiyasının hərbi qolu- YPG bölmələrinin tabeliyində olan terrorçular tərəfindən həyata keçirilib.
Əfrin şəhəri Türkiyə ordusu və bu ölkənin dəstək verdiyi terror qruplarının işğalı altındadır.
Türkiyənin işğalçılığının ardınca, Suriyanın şimal şəhərləri vaxtaşırı/ bomba qoyulmuş avtomobil və motosikletlərin partlaması, raket hücumları və döyüşlərin şahididirlər.
Hal-hazırda Suriyanın şimalındakı rayonlar Türkiyə ordusunun işğalı altındadırlar.
Türkiyə ordusu ötən dörd il ərzində dəfələrlə Suriya ərazisinə təcavüz edib.
Türkiyənin Suriyanın şimalına təcavüzləri beynəlxalq səviyyədə geniş şəkildə pislənibdir.