Qərb sahilində etirazçılar yatırılıb
Həmas Fələstin Muxtariyyətinin hərəkətini pisləyib
Həmas hərəkatı Fələstin muxtariyyətinin qərb sahilində fələstinli etirazçıları yatırmaq üzrə hərəkətini pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, bu gün bir bəyanatda Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasın və Fələstin hökumətinin/ fələstinli jurnalist Əla Əlrimavinin həyatında tam məsuliyyət daşıdıqlarını bildirib.
Əlrimavi həbs edildikdən sonra aclıq aksiyası keçirib. O, hazırda xəstəxanaya köçürülüb, həyatı təhlükədədir.
Həmas həmçinin fələstinli aktivist Nəzar Bənatın qəfil ölümünə və siyasi həbslərə etiraz etdiklərinə görə, kişili-qadınlı, media fəallarının həbs edilmələrini pisləyib.
Fələstinli aktivist və tənqidçi Nəzar Bənatın Fələstin muxtariyyətinin qüvvələri tərəfindən iyunun 24-də qətlə yetirilməsinə reaksiyada qərb sahilində keçirilən etirazlar və onun öldürülməsi tərzi barədəki təhqiqatlar davam edir. Bunlar Fələstin muxtariyyətinin təhlükəsilzlik qüvvələrinin xətaya yol vermələrindən xəbər verir. Bu qüvvələr etirazçıları yatırmaqda davam edirlər.