İyul 12, 2021 12:09 Asia/Baku
  • Terrorçular son 10 gündə İraqda 160 elektrik qülləsini məhv ediblər

İraqın Daxili İşlər Nazirliyi son 10 gündə bu ölkədə 160 elektrik qülləsi və 54 elektrik ötürücü xəttinin məhv edildiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın Daxili İşlər Nazirliyi bir bəyanatda, elektrik qüllələri və xətlərinin geniş partladılmasının İraqın şimal, qərb və şərq vilayətlərində elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

İraqın "Sadequn" hərəkatının siyasi bürosunun sözçüsü Mahmud Əl-Rəbii də ABŞ-ın dəstəklədiyi terrorçular və muzdluların İraqın Neynəva və Səlah Əd-Din vilayətlərində 70 elektrik qülləsini partlatdığını söyləyib.

Bundan əvvəl İraqın "Kətaib Hizbullah" hərəkatı bildirmişdi ki, əldə edilən məlumata əsasən, İraqda elektrik qüllələrin məhv edilməsində Səudiyyə Ərəbistanının əli var.

Teqlər