ABŞ-ın Ərbildəki hərbi bazasına hücum təşkil edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379379-abŞ_ın_Ərbildəki_hərbi_bazasına_hücum_təşkil_edilib
İraqlı müqavimət qrupu, Ərbil şəhərindəki ABŞ hərbi bazasına döyüş pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2021 08:29 Asia/Baku
  •  ABŞ-ın Ərbildəki hərbi bazasına hücum təşkil edilib

İraqlı müqavimət qrupu, Ərbil şəhərindəki ABŞ hərbi bazasına döyüş pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,"Liva Əl-Sairin" adlı müqavimət qrupu informasiya portalında bir bəyanat yayaraq, ABŞ-ın Ərbil şəhərindəki Əl-Hərir bazasına hücumun məsuliyyətini üzərinə götürüb.

"Liva Əl-Sairin" briqadasının bəyanatında bunlar qeyd edilib:"İraq Kürdüstanındakı Ərbil şəhərindəki Əl-Hərir bazasını, qorxaq ABŞ işğalçılarının, casuslarının və muzdlularının sığındıqları yerləri hədəfə almaq üçün əməliyyat həyata keçiririk".

Məlumata əsasən, cümə (23 iyul) günü səhər saat 2-də döyüş PUA-sı ilə həyata keçirilən bu hücumda ABŞ hərbçilərinin təchizatlarına ziyan dəyib. 

İraqdakı Ərbil hava limanındakı ABŞ bazası bundan əvvəl dəfələrlə iraqlı müqavimət qrupları tərəfindən raket və PUA hücumlarının hədəfinə çevrilib.