İyul 31, 2021 12:41 Asia/Baku
  • Sionist rejim təhlükəsizlik iclası keçirib

Media mənbələri sionist rejimin Oman dənizi sahillərində bu rejimin gəmisinə hücum barədə təhlükəsizlik iclası keçirməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən,Oman dənizi sahillərində sionist rejimin gəmisinə hücumun ardınca bu rejimin müharibə naziri Beni Qants və sionist rejim ordusunun baş qərargah rəisi Avi Koxavi dünən gecə həmin hücumu araşdırmaq və bu barədə qərar çıxarmaq üçün təhlükəsizlik iclası keçiriblər.

Dünən «Ticarət-Dəniz Əməliyyatları» adlı ingilis hərbi qrupu qısa bir bəyanatda iddia etdi ki, cümə axşamı günü axşamçağı Oman dənizində bir gəmi hədəfə alınıb.

Bu hücumdan sonra Londonda yerləşən və sionist milyarder Eyal Oferə aid olan «Zodiak Maritaym» şirkəti bir bəyanatda bildirdi ki, həmin hücum nəticəsində İngiltərə və Rumıniyanın birgə şəkildə tabeliyində olan «Merser Street» adlı ticarət gəmisinin ekipaj üzvlərindən iki nəfər ölübdür.

Teqlər