Fələstinin işğal olunmuş ərazilərinə 3 raket atılıb;
Sionist rejim Livanın cənubunu artilleriyadan atəşə tutub
Media mənbələri Fələstinin işğal olunmuş ərazilərində yerləşən "Əl-əlil" bölgəsindəki üç şəhərin Livan tərəfindən raket zərbələri endirildiyini bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Əl-Cəzirə müxbiri bildirib ki, bu gün Livandan Fələstinin işğal olunmuş ərazilərinə üç raketin atılması fonunda sionist sakinli "Kiryat Şimona", Kfar Giladi" və "Təl Həy"də təhlükə siqnalı səsləndirilib.
Fələstinin "Səma" xəbər agentliyi də məlumat verib ki, Livan ərazisindən Fələstinin işğal olunmuş ərazilərinə ən azı üç raket atılıb, bunlardan ikisi hədəfə dəyib və nəticədə Kiryat Shimona şəhərində yanğın baş verib.
Sionist mənbələri raket hücumunu təsdiqləyərək, "Əl-Cəlil"də hərbçilərinin hazır vəziyyətə gətirildiyini bildiriblər.
Həmçinin, sakinlərə qorunan ərazilərdə qalmaq tövsiyə edilib.
Məlumata əsasən, Dəmir Günbəz sistemi raketlərin ikisini izləyə bilməyib.
Bəzi mənbələrin bildirdiyinə görə, sionist rejim işğal olunmuş ərazilərə atılan raketlərə cavab olaraq Livanın cənubundakı əraziləri, o cümlədən Əl-Xəyyam bölgəsini artilleriya ilə atəşə tutub.
Sionist rejimin Qırmızı Aypara Cəmiyyətinin bildirdiyinə görə, indiyə kimi bu hücumlarda 4 nəfər yaralanıb.
Hadisədən sonra sionist rejimin baş naziri Neftali Bennet geniş təhlükəsizlik məsləhətləşmələri aparmaq üçün dərhal parlament (Knesset) iclasını tərk edib.
Deyilənlərə görə, hücum Livandakı fələstinli təşkilatlar tərəfindən həyata keçirilib.