Hizbullah sionist rejim bazasını hədəfə alıb
Livan İslami Müqavimət Hərəkatı- Hizbullah bildirib ki, «Şəhid Əli Möhsün Kamil» və «Şəhid Məhəmməd Qasim Təhhan» bölmələri sionist rejimin son hücumlarına cavab olaraq, bu rejimin qəsb olunmuş ərazilərdəki bazalarının ətrafını hədəfə alıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Livan İslami Müqavimət Hərəkatı- Hizbullah bir bəyanatda bu xəbəri verərək, belə qeyd edib: Bu gün yerli vaxtla saat on bir-on beş dəqiqədə qəsbkar sionist rejimin Şəba əkin sahələrindəki bazalarının ətrafında yerləşən ərazilər iki müqavimət bölməsi tərəfindən 122 millimetrlik kalibrli onlarla raketlə hədəfə alınıb.
Livan Hizbullahının bəyanatında deyilir ki, bu hücumlar sionist rejimin dünən Əlcərməq və Əlşəvakir bölgələrinə qarşı hava hücumlarına cavab olaraq keçirilib.
Sionist rejim mediaları bu gün öncə Livanla sərhəddə yerləşən qəsb edilmiş Fələstinin Əlcəlil/ və Cövlan bölgələrində həyəcan siqnalının səsləndirilməsindən xəbər verib, sonra isə bildiriblər ki, sionist «Har Duf» bazası bir neçə raketin hədəfinə tuş gəlibdir.