Neynəvada elektrik qüllələrinə qarşı təxribatçılıq hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379860-neynəvada_elektrik_qüllələrinə_qarşı_təxribatçılıq_hücumu
İraqlı mənbələr bildiriblər ki, Neynəva vilayətində elektrik qüllələrinə qarşı yeni təxribatçılıq hücumu həyata keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2021 16:05 Asia/Baku
  • Neynəvada elektrik qüllələrinə qarşı təxribatçılıq hücumu

İraqlı mənbələr bildiriblər ki, Neynəva vilayətində elektrik qüllələrinə qarşı yeni təxribatçılıq hücumu həyata keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, təkfirçi terrorçuların İraqın Neynəva vilayətində elektrik qüllərinə qarşı təxribatçılıq hücumunun ardınca bu vilayətdə elektrik ötürmə xətlərinin fəaliyyətləri dayanıb.

Son zamanlar İraqda «Sadiqun» hərəkatının siyasi bürosunun sözçüsü Mahmud Əlrəbii bildirib ki, İŞİD terrorçuları, bəəsçilər və Amerikaya qulluq edən kəslər Neynəva və Səlahəddin vilayətlərində İraqın yetmiş elektrik qülləsini partladıblar.

Bundan qabaq da «Kətaib Hizbullah» hərəkatı bir bəyanatda bildirmişdi ki, əldə etdiyi məlumatlara görə, İraqın elektrik qüllələrinin dağıdılması əməliyyatında Səudiyyə Ərəbistanının əli var. Onların hədəfi, İraqda hərc-mərclik yaratmaqdır. Əslində səudlar İraqda İŞİD-i bərpa etmək ardıncadırlar.

Son günlər ərzində İraqın elektrik şəbəkəsi çox sayda terror əməliyyatları və hücumları hədəfinə tuş gəlibdir.