İraqda elektrik qüllələrinə hücumlarla bağlı fövqəladə iclas
İraqın baş naziri bu ölkədəki elektrik qüllələrinə hücumlarla bağlı xüsusi təhlükəsizlik iclasında təhlükəsizlik və kəşfiyyat qüvvələrindən həmin hücumlarla mübarizə üçün hazır vəziyyətdə olmalarını istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, elektrik qüllələrinə ardıcıl hücumların və İraqın bir neçə vilayətində elektrik paylama və ötürmə şəbəkəsinin işinin pozulmasının ardınca bu ölkənin baş naziri Mustafa Əlkazimi qeyd olunan iclasda İraqın bütün təhlükəsizlik, hərbi və kəşfiyyat xidmətlərindən istəyibdir ki, elektrik qüllələrini qorumaq üçün onların mühafizə qüvvələrinin sayını artırsınlar.
Əlkazimi elektrik qüllələrinə hücumların qarşısının alınması üçün yeni təhlükəsizlik və kəşfiyyat planlarının işlənib hazırlanması zərurətinə təkid edib və bu barədə böhran komitəsinin yaradılmasını istəyib.
Son günlər İraqın elektrik şəbəkəsi çox sayda terror hücumları və əməliyyaları hədəfinə çevrilib. Bu terror hücumları İraqda elektrik böhanının daha da şiddətlənməsinə bais olub.