Avq 15, 2021 13:20 Asia/Baku
  • Mişel Oun
    Mişel Oun

Livan prezidenti bir çıxışda bu ölkənin şimalındakı tanker partlayışının səbəbləri və amilləri haqda təhqiqatın aparılması vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Mişel Oun bu gün bu ölkənin məhkəmə aparatından Əkar rayonunda baş vermiş tanker partlayışının pərdə arxasının aydınlaşması üçün lazımi araşdırmalar aparmasını istəyib.

Livan informasiya agentliyi də bildiribdir ki, bu partlayışın amilləri haqda təhqiqatlar davam edir.

İnformasiya mənbələri bu gün səhər Livanın şimalında yerləşən Əkar rayonunun Əltəlil şəhərində bir tankerin partlamasından xəbər verdilər. Həmin hadisədə bu anadək 22 nəfər ölüb, 79 nəfər də yaralanıbdır.

 

Teqlər