Seyid Həsən Nəsrullah Əfqanıstandan danışdı
Livanın "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah dünənki çıxışında Əfqanıstandakı son hadisələri dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, cənab Nəsrullah deyib ki, ABŞ-ın "Taliban"la razılığa gəldiyi doğrudursa, bu, Vaşinqton dostlarına xəyanət ediyi anlamına gəlir. ABŞ milyonlarla Əfqanıstan vətəndaşını ac, susuz və didərgin saldı.
Onun sözlərinə görə, ABŞ zəmanətinə güvənən livanlılar Əfqanıstanın taleyini düşünməlidirlər.
Livan Hizbullahının baş katibi daha sonra Amerikanı Livanda və regionda hərc-mərcliyin yaradılmasının əsas səbəbkarı adlandırıb.
O, bildirib ki, Amerikanın Beyrutdakı səfirliyi bu ölkədəki hərc-mərcliyi idarə edir.
Bu gün Livanda baş verənlər eynilə İraqda baş verən olaylardır, zira belə bir hərc-mərcliyi idarə etmək üçün vahid və müştərək əməliyyat otağı mövcuddur.- deyə, Seyid Həsən Nəsrullah bildirib.
Livan Hizbullahının baş katibi bu ölkənin şimalındakı Əkar şəhərində bir tankerin partlması hadisəsinə toxunub və belə qeyd edib: Əkar hadisəsindən ibrət almaq lazımdır ki, onun digər bölgələrdə baş verməsinin qarşısı alınmış olsun, amma məsul şəxslər ittiham vurmaq, söyüş söymək və siyasi istifadə ilə məşğuldurlar.
Seyid Həsən Nəsrullah Livandakı yanacaq böhranı və Vaşinqtonun bu məsələdəki rolu barədə də qeyd edibdir ki, əksər şirkətlər qara bazarda satmaq məqsədilə yanacağı yığıb saxlamağa səy göstərirlər.
Mütləq şəkildə İrandan benzin və dizel yanacağının idxal ediləcəyinə bir daha təkid edən Livan Hizbullahının baş katibi qeyd edib ki, İran İslam Respublikası Livanın kənarında olduğunu vurğulayıb.