Hayfadakı bir neft-kimya kompleksində partlayış baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i380260-hayfadakı_bir_neft_kimya_kompleksində_partlayış_baş_verib
Hayfanın cənubunda sionist rejim ordusunun gəmisində yanğın xəbərinin verilməsindən təkcə bir neçə saat sonra bu şəhərdəki bir neft-kimya kompleksində partlayışın baş verməsi haqda məlumat yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2021 10:59 Asia/Baku
  • Hayfadakı bir neft-kimya kompleksində partlayış baş verib

Hayfanın cənubunda sionist rejim ordusunun gəmisində yanğın xəbərinin verilməsindən təkcə bir neçə saat sonra bu şəhərdəki bir neft-kimya kompleksində partlayışın baş verməsi haqda məlumat yayılıb.

SəhərAzəri-nin məlumatına əsasən, ivrit dilli mənbələr dünən axşamçağı bildiriblər ki, Hayfadakı bir neft-kimya kompleksində güclü partlayış səsi eşidilib.

Sionist rejim ordusunun radiosu iddia edibdir ki, bu partlayış «Bezen» kompleksində texniki nasazlıqdan sonra baş verib.

Bu xəbərdən az öncə sionist Məariv qəzeti xəbər veribdir ki, sionist rejim ordusunun dəniz qüvvələrinin bir gəmisi çərşənbə günü Hayfanın cənubunda yanğına düçar olub.

Məlumata görə, bu yanğında bir sionist hərbçi ağır şəkildə yaralanıb.