Ərəbistan ABŞ-ın məğlubiyyətindən ibrət alsın
Yəməndə Ənsarullah hərəkatının ali siyasi şurasının üzvü Ali-Səud rejimindən istəyibdir ki, ABŞ-ın Əfqanıstandakı məğlubiyyətindən ibrət dərsi alsın.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Əli Əlhusi öz tvittində yazıb: Hücumçu və təcavüzkar ordular üçün nə qədər pulun xərclənməsi bir yana qalsın, onların taleyi uğursuzluğa məhkumdur.
«Səud rejimi Amerikanın Əfqanıstandan çıxmasını və bu ölkədə baş verən hadisələri yaxşı şəkildə dərk etməli və ondan ibrət dərsi almalıdır.»- deyən Əlhusi bildirib: Ali-Səud rejiminin Amerika ilə birliyi Amerika və Avropa ölkələrinin Əfqanıstandakı birliyindən güclü deyil və onun muzdurları, yəni Yəmənin istefa vermiş hökuməti Yəmən xalqından güclü deyildir.
Əlhusi həmçinin vurğulayıb ki, Yəmən əzmkarlıq və imanla qələbəyə doğru hərəkət edir.