Təl-Əviv-Əbu-Dəbi sövdələşməsi
Sionist rejim öz neft yataqlarının hədəfə alınmasından qorxur
Sionist mənbələr xəbər veriblər ki, sionist rejim öz neft yataqlarının Livan Hizbullahı tərəfindən hədəfə alınmasından qorxur.
SəhərAzəri-nin verdiyi məlumata görə, sionist rejimin energetika şirkəti- «Dilik Drilenq» bildirib ki, Aralıq dənizinin şərqində yerləşən «Təmar» qaz yatağının 22 faizindən çoxunu təşkil edən payını təqribən bir milyard dollara Əbu-Dəbidə yerləşən «Mubədilətəlbətrul» şirkətinə satıb.
«Dilik Drilenq» şirkəti bildirib ki, bu, iki tərəf arasında münasibətlərin adiləşməsinin başlandığı zamandan bəri, sionist rejimlə əmirliklərin şirkətləri arasında imzalanan ən böyük ticarət sövdələşməsidir.
«Təmar» qaz yatağı sionist rejimin söykəndiyi əsas enerji mənbələrindən biridir.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bundan qabaq sionist rejimin Aralıq dənizində yerləşən qaz elektrik stansiyalarını bağlamaqla hədələmiş və bildirmişdi ki, bölgə tam şəkildə neft və qaz müharibəsinə daxil olubdur.