Okt 01, 2021 13:48 Asia/Baku
  • İraq qüvvələri hazır vəziyyətə
    İraq qüvvələri hazır vəziyyətə

İraq silahlı qüvvələri baş qərargahının sözçüsü İraq seçkiləri üzrə xüsusi təhlükəsizlik layihəsinin başlanması və bu ölkə hərbçilərinin hazır vəziyyətə gətirilmələrindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Yəhya Rəsul bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ərəfəsində təhlükəsizlik qüvvələri bu seçkilərin təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni ediblər.

«Heç bir tərəfə seçkilərin təhlükəsizliyinə xələl gətirmək icazəsi verməyəcəyik»- deyə, İraqın baş hərbi rəsmisi vurğulayıb.

Bundan öncə İraq müştərək əməliyyat qərargahının sözçüsü Təhsin Əlxəfaci seçki prosesində sui-istifadə və ya manipulyasiya niyyətində olacaq şəxslərə xəbərdarlıq etmiş və demişdi ki, müştərək əməliyyat qərargahı seçki prosesini himayə və mühafizə, həmçinin onun təhlükəsizliyinin təmini üçün xüsusi təhlükəsizlik planı tətbiq edibdir.

İraqda növbədənkənar parlament seçkiləri bu ölkənin baş naziri Mustafa Əlkaziminin təyin etdiyi tarixə əsasən, oktyabrın onunda keçirilməlidir.

 

Teqlər