İranın 7-ci yanacaq karvanı Livana daxil olub
Media mənbələri İrandan satın alınmış yeddinci yanacaq karvanının Livana daxil olduğunu bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən,İrandan göndərilmiş yanacaq karvanı otuz beş dizel yanacağı tankerinə şamil olur. Bu karvan ötən günlərdə Suriyanın Banias limanında yüklənib və bu gün Livana daxil olubdur.
Bazar ertəsi günü də Suriyanın Livanla sərhədində yerləşən Əlhərməl rayonundan keçən İran neftini daşıyan tankerlərdən ibarət bir karvan Livana daxil oldu.
Bu karvanların daxil olmaları ilə, Livan Hizbullahının pulsuz yanacağın paylanması üzrə layihəsinə şamil olan bölmələr və mərkəzlər arasında neft məmulatlarının paylanması davam etməkdədir.
Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim vurğulayıb ki, İrandan yanacaq idxalı tarix boyu Livana qarşı ən mühüm mühasirəni sındırdı.
Livan Amerikanın sanksiyaları nəticəsində il yarım bundan öncədən bəri yanacaq çatışmazlığı da daxil olmaqla iqtisadi vəziyyətin ağırlaşması ilə üzləşir.
Livan Hizbullahının baş katibi- Seyid Həsən Nəsrullah tərəfindən həyata keçirilən İrandan yanacağın satın alınması ötən üç həftədən bəri başlanıb.