Okt 05, 2021 17:58 Asia/Baku
  • Bəssam Səbbağ
    Bəssam Səbbağ

Suriyanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasının iclasında deyib ki, Suriyanın kimyəvi işini siyasiləşdirən ölkələr öz təxribatçı rəftarlarını dəyişdirməlidirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Bəssam Səbbağ bildirib ki, Dəməşq hər hansı şəraitdə, hər kəs tərəfindən, hər məkanda və ya zamanda kimyəvi silahlardan istifadəni rədd edir və onun işlədilməsini pisləyir.

Suriyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb ki, BMT-nin faktaraşdırıcı komitəsi Suriya tərəfindən təqdim olunmuş informasiyaları görməməzliyə vurur. Bu informasiyalarda deyilir ki, kimvəyi silahlara malik olan terror qrupları Suriya ordusuna ittihamlar vurmaq üçün onları istifadəyə hazırlamaqdadırlar.

 

Teqlər