Okt 20, 2021 18:42 Asia/Baku
  • Suriya ordusunun silah anbarları
    Suriya ordusunun silah anbarları

Suriyanın mərkəzində yerləşən Hums-Həmah yolunda bu ölkə ordusunun silah anbarının içində partlayışın baş verməsi haqda xəbərlər yayılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Partlayış, Suriya ordusunun qüvvələri silah anbarının içində işləyərkən baş verib.

Nəticədə Suriya qüvvələrindən beş nəfər ölüb, üç nəfər isə yaralanıbdır.

Etirazçıların tabeliyində olan Suriya insan haqları gözətçisi adlı qrup partlayışın nəticəsini, dörd ölü, yeddi yaralı elan edib.

Bu gün səhər də Dəməşqdə Suriya ordusu qüvvələrini daşıyan bir avtobusu hədəfə alan iki terror partlayışı nəticəsində on hərbçi ölüb, bir qrup insan da yaralanıbdır.

İran xarici işlər nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün Dəməşqdə törədilən terror aktını kəskin tərzdə pisləyib və Suriyanın dövləti, xalqı və ölənlərin ailələrinin kədəri ilə bölüşübdür.

 

Teqlər