Okt 26, 2021 12:01 Asia/Baku
  •  məhkəmə
    məhkəmə

Beyrutun Əttəyunə rayonunda baş vermiş hadisə üzrə məhkəmə işinin hakimi 68 nəfəri qətl, qətlə səy göstərmək və tayfa toqquşmalarını təhrik etməkdə ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Livan hərbi tribunalında hökumətin xüsusi nümayəndəsi, hakim Qadi Əqiqinin bazar ertəsi günü verilən rəyinə əsasən, bu şəxslər həmçinin toqquşma salmağa təhriketmə, icazəsiz hərbi silah daşıma, habelə ümumi və xüsusi əmlakı dağıtmaqda ittiham ediliblər. Məhkəmə işi müstəntiqə göndərilib.

Bundan öncə də livanı mənbələr son Beyrut cinayətində əlinin olmasına görə, «Əl-quvvət-əl-Lubnaniyyə» partiyasının sədri Səmir Cəəcəə-nin bu ölkənin daxili işlər nazirliyinə çağırılmasından xəbər vermişdilər.

Livan xalqı oktyabrın 14-də Beyrut limanı partlayışı işi üzrə hakimin bu ölkənin parlament nümayəndələri və nazirlərindən bir qrupunun həbs edilməsinə dair göstərişinə qarşı etiraz yürüşü və aksiya keçirdi, amma qəflətən Əttəyunə rayonunda damlardan naməlum şəxslərin atəşlərilə üzləşdi. Bu hərəkət yeddi nəfərin şəhid olması və altmış nəfərin yaralanması ilə nəticələndi.

 

Teqlər