Noy 06, 2021 14:11 Asia/Baku
  • Türkiyə prezidentinin İraqdakı seçkilərə müdaxiləsi faş olundu

Türkiyə prezidenti Ağ Evin göstərişi ilə İraq seçkilərinə təsir göstərməyə çalışıb.

SəhərAzəri-nin məlumatına əsasən, The Cradle Portalı xəbər verir: Bayden administrasiyası ötən ay keçirilən parlament seçkiləri öncəsi Ərdoğandan İraqda sünni siyasi koalisiyasının yaradılmasına kömək istəyib.

Bunun ardınca İraq parlamentinin sədri, həm də “Əzm” koalisiyasının lideri Məhəmməd əl-Həlbusi 3 oktyabr 2021-ci il tarixində Ankarada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşüb. Görüşdə, eləcə də Əl-Təqəddüm Partiyasının lideri və biznes maqnatı Xəmis Əl-Xəncəri də iştirak edib. Beləliklə də onlar iki sünni siyasi rəqib olaraq həlledici səsverməyə sayılı günlər qalmış Türkiyə rəhbərinin qəbulunda olublar.

Nəşr iddia edir ki, bu gözlənilməz səfər birbaşa Ağ Evdən təşkil edilibdir, çünki Bayden administrasiyası Ərdoğanın məşhur şiə partiyalarına qarşı Əl-Həlbusi və Əl-Xəncərinin iştirakı ilə vahid sünni cəbhəsini yaratmaq üçün təsir edə biləcəyinə ümid edirdilər.

Bunun müqabilində Ərdoğanın Vaşinqtondan Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ABŞ-ın göstərişi ilə Türkiyəyə 15 milyard dollar sərmayə tələb etdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, səfərdən sonra İraqın siyasi liderləri “bölgədəki siyasi vəziyyəti və İraqla Türkiyə arasında iqtisadi əlaqələrin əhəmiyyətini” müzakirə ediblər.

Yayılan xəbərlər onu da göstərir ki, ABŞ hökuməti seçkilərdən sonra Türkiyənin köməyi ilə bülletenlərin nəticələrinə sünni qrupların xeyrinə təsir göstərməyə çalışıb.

Bu kontekstdə ABŞ-ın İraqın daxili işlərinə qarışmağa davam etmək meylini nəzərə alaraq, bu ilin sonunda 18 illik işğaldan sonra öz döyüş qoşunlarını İraqdan çıxarmaq barədə verdiyi sözə sadiq qalıb-qalmayacağı ilə bağlı narahatlıqlar artır.

Teqlər