Türkiyənin Suriyanın Əl-Riqqə şəhərinin ətrafına artilleriya hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i383547-türkiyənin_suriyanın_Əl_riqqə_şəhərinin_ətrafına_artilleriya_hücumları_davam_edir
Suriya mənbələri Türkiyə hərbçiləri və onlara bağlı olan ünsürlərin Suriyanın Əl-Riqqə şəhərinin ətrafına artilleriya hücumlarının davam etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2021 17:18 Asia/Baku
  • Türkiyənin Suriyanın Əl-Riqqə şəhərinin ətrafına artilleriya hücumları davam edir

Suriya mənbələri Türkiyə hərbçiləri və onlara bağlı olan ünsürlərin Suriyanın Əl-Riqqə şəhərinin ətrafına artilleriya hücumlarının davam etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə qüvvələri və onlara bağlı olan silahlı qruplar şənbə günü Əl-Riqqənin şimalında yerləşən "Eyn İsa" şəhərinin yaxınlığındakı kəndlərini artilleriya atəşinə tutublar.

Yerli mənbələrin bildirdiyinə görə, Türkiyənin hücumları bu ərazilərdə yaşayan əhalinin ictimai və şəxsi əmlaklarına və kənd təsərrüfatı torpaqlarına ziyan vurub.