Dek 06, 2021 13:14 Asia/Baku
  • Hazim Qasim
    Hazim Qasim

Fələstin İslami Müqavimət hərəkatı Həmas-ın sözçüsü vurğulayıb: "Sionistlərin yürüşü və əllərində sionist bayraqları tutması bu torpağın ərəb-fələstin kimliyini və onun həqiqi sakinlərinin əsilliyini dəyişdirə bilməz".

SəhərAzəri-nin məlumatına əsasən, Həmas hərəkatının sözçüsü Hazim Qasim sionistlərin "Əl-Lod" və "Əl-Rəmlə" şəhərlərində qondarma "bayraq yürüşünə" reaksiyada, bu hərəkəti Fələstinin əsl sahiblərinə qarşı irqçi və aqressiv davranış kimi qiymətləndirib.

Qasim əlavə edib: "Sionistlərin bu yürüşü, müstəmləkəçi qəsəbə sakinlərinin 1948-ci ildə işğal edilmiş ərazilərin daxilində fələstinlilərin milli mövqeyinə cavab vermək cəhdidir, çünki fələstinlilər "Qüds Qılıncı" döyüşündə qalib gəldilər və dastan yazdılar. 

Həmas-ın sözçüsü bu cəhdlərin Fələstin millətinin birliyi və müqaviməti ilə uğursuzluğa düçar olacağını bəyan edərək, 1948-ci ildə işğal edilmiş ərazilərin sakinlərini, sionistlərin Fələstin xalqını israilliləşdirmək və xaos yaratmaq tədbirləri ilə mübarizəyə və Qüdsü dəstəkləməyə çağırıb.

"Bayraq yürüşü" adətən Bab əl-Əmud və Qüdsün qədim məhəllələrindən keçərək Əl-Əqsa məscidinin həyətlərinə çatır, burada "Bayraq rəqsi" adlı bir proqram həyata keçirilir və bu proqram vasitəsilə sionistlər fələstinlilərin Qüdsdən çıxarılmasını tələb edirlər.

Teqlər