İraqlılar müqavimət komandanlarının şəhadətinin II ildönümündə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i384660-İraqlılar_müqavimət_komandanlarının_şəhadətinin_ii_ildönümündə_aksiya_keçiriblər
Bu gün şəhidlər general Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin ikinci ildönümü ərəfəsində "Qələbə Komandirləri"nə qarşı törədilən terror cinayətinin pislənilməsi üçün milyonluq aksiya keçirilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 01, 2022 16:59 Asia/Baku
  • İraqlılar müqavimət komandanlarının şəhadətinin II ildönümündə aksiya keçiriblər

Bu gün şəhidlər general Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin ikinci ildönümü ərəfəsində "Qələbə Komandirləri"nə qarşı törədilən terror cinayətinin pislənilməsi üçün milyonluq aksiya keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İraq xalqı bu gün səhər saatlarından etibarən qələbə komandanları, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı şəhid Hacı Qasim Süleymani və İraq Xalq Səfərbər Qüvvələrinin komandan əvəzi Əbu Mehdi Əl-Mühandisə qarşı törədilən terror cinayətinin pislənilməsi üçün keçirilən milyonluq toplantıda iştirak etmək məqsədilə Bağdadın bəzi bölgələrindən yola düşüblər.

Məlumata əsasən, aksiya iştirakçılarına xidmət göstərmək üçün bir neçə istiqamətdə mökəblər də qurulub.

Bununla bağlı İraq mediası bu aksiyada türkmənlərin, həmçinin "Təl-Əfər" və "Neynəva" sakinlərinin iştirak etdiyini və Amerika təyyarələrinin milyonluq mərasimi müşahidə etmək üçün havaya qalxdığını bildiriblər.