Londonda sionist rejimin səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Cümə günü müxtəlif təbəqələrdən olan yüzlərlə insan İsrail rejiminin Londondakı səfirliyi qarşısına toplaşaraq, bu rejimin işğal olunmuş ərazilərdə zorakılıqları və davam edən cinayətlərinə qarşı öz etirazlarını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, nümayişçilər İsrail əleyhinə şüarlar səsləndirərək, işğal altındakı Fələstində işğalçılığa, zorakılığa və aparteidə son qoyulmasını tələb ediblər.
İngiltərə Müsəlmanları Cəmiyyəti və Fələstinlə həmrəylik kampaniyası da daxil olmaqla, Fələstini dəstəkləyən qruplar tərəfindən təşkil edilən bu aksiyada etirazçılar sionist rejimin qeyri-qanuni hərəkətlərini dayandırmaq üçün İngiltərə hökumətini ona təzyiq göstərməyə çağırıblar.
Bu arada İngiltərə hökumətinin sözçüsü passiv bir reaksiyada sionistlərin Əl-Əqsa məscidinin həyətlərində ibadət edənlərə təkrar hücumlarından narahatlıq ifadə edib və hər iki tərəfin təmkinli olmasının vacibliyini vurğulayıb.
Bundan əvvəl daha bir qrup etirazçı sionist rejimin səfirliyi qarşısında etiraz aksiyası keçirərək, anti-İsrail şüarları səsləndirib, sionistlərin qəddar hərəkətlərinə qarşı öz qəzəb və nifrətlərini bildiriblər.