May 22, 2022 15:27 Asia/Baku
  • Təl-Əviv müqavimətin gücündən qorxur

Media qaynaqları qəsb edilmiş ərazilərdə sionist rejim ordusunun hava və quru hərbi təlimlərinin başlanmasından xəbər veriblər.

Sionist rejim ordusunun sözçüsü Avixay Adrei deyib ki, bu rejimin hərbi hava qüvvələri bazar günündən cümə axşamı gününədək hərbi təlimlər keçirəcək və bu əsnada qəsb edilmiş ərazilər boyu müxtəlif qırıcılar və hərbi təyyarələr uçuşlar həyata keçirəcəklər.

Eyni zamanda, informasiya mənbələri bildiriblər ki, başqa hərbi təlimlər də sionist rejimin quru qoşunları tərəfindən Əl-Mənşiyyə, Arə vadisi və Cezriel bölgələrində keçiriləcək.

Bundan qabaq Fələstin müqavimət qrupları bildirmişdilər ki, Qüds qılıncı öz qınından kənarda qalmaqda davam edir və Məscidüləqsa və müqavimət komandirləri qarşısında hər hansı axmaq hərəkət, cəhənnəmin qapılarını sionistlərin üzünə açacaq.