İyun 02, 2022 12:55 Asia/Baku
  • 12 saatdan az bir vaxtda ikinci fələstinli şəhid olub

Beyt-Ləhmdə yerləşən Əldəhişə düşərgəsinə hücum edən sionist rejim hərbçiləri bir fələstinli azadəni şəhid ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, fələstinli azadə Əymən Muhisən sionist hərbçilərin İordan çayının qərb sahilindəki Beyt-Ləhm şəhərində yerləşən Əldəhişə düşərgəsinə hücumu zamanı sinə nahiyəsindən yaralanıb. Onun vəziyyəti ağır elan olunub və sonda bu fələstinli azadə şəhid olub.

Başqa bir fələstinli də ayaq nahiyəsindən yaralanıb. Bir neçə nəfər də həbs olunubdur.

Dünən gecə də Bilal Əvəz Tofiq Kəbha adlı digər bir fələstinli gənc sionist rejim hərbçilərinin Cenin şəhərinin qərbində yerləşən Yəəbəd şəhərinə qarşı hücumunda şəhid olub, altı nəfər də yaralanıbdır.

Teqlər