Sionist rejimin infrastrukturlarına güclü kiberhücum
Sionist rejimin infrastrukturları bir daha kəskin kiberhücumların hədəflərinə çevriliblər.
SəhərAzəri-nin məlumatına əsasən, «Saberin Nyus» teleqram kanalı bir iraqlı komanda tərəfindən sionist rejimin infrastrukturlarına güclü kiberhücumun edilməsi və Təl-Əviv birjasının sövdələşmə sisteminin sındırılmasından xəbər verib və yazıb ki, bu sistem əlçatanlıqdan çıxıbdır.
Bundan qabaq da İraqda «Əl-Tahirə» adlı kiber komandası «Yalsarat, Əbu-Məhdi Əl-Muhəndis!» şüarı ilə sionist rejimin nəqliyyat sektorunun infrastrukturlarına qarşı geniş bir hücum keçirmiş və bu rejimin ən iri nəqliyyat şirkətinin işini dayandırmışdı.
İraqlı hakerlər iki gün dalbadal Təl-Əvivdə yerləşən «Ben Qurion» hava limanının vebsaytı və serverlərini, «İsrail» bankının portalını əlçatanlıqdan çıxardılar.
«Əl-Tahirə» kiber komandası sionist rejimin vebsaytları və severlərinə qarşı kiberhücumların məsuliyyətini üzərinə götürməklə bildiribdir ki, sionist rejimin doqquzuncu telekanalının informasiya saytını da kiberhücumu hədəfinə çeviribdir.