Sionistlərin iki avtobusu yanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i390282-sionistlərin_iki_avtobusu_yanıb
Dünən gecə sionist rejimin media mənbələri işğal olunmuş Fələstinin mərkəzində yerləşən şəhərlərdən birindəki dayanacaqda iki ədəd avtobusun yandığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2022 08:55 Asia/Baku
  •  avtobus
    avtobus

Dünən gecə sionist rejimin media mənbələri işğal olunmuş Fələstinin mərkəzində yerləşən şəhərlərdən birindəki dayanacaqda iki ədəd avtobusun yandığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, «Ceruzalem Post» qəzetinin yazdığına görə, bu hadisə işğal olunmuş Fələstinin mərkəzində yerləşən «Rişon-Le-Zion» şəhərindəki «Qolda Mayer» küçəsində yerləşən üstüaçıq bir dayanacaqda baş verib. Sionist medialar iddia ediblər ki, bu şübhəli hadisədə insan tələfatı olmayıbdır.

Məlumata görə, «Rişon-Le-Zion»un yanğınsöndürənləri yanğını söndürməkdədirlər.

«Ceruzalem Post» yazıb: Ötən həftə də işğal olunmuş Fələstinin şimalında yerləşən Safed şəhərində yerləşən mərkəzi avtobus dayanacağında on səkkiz ədəd avtobus oxşar şübhəli şəraitdə yanmışdı.