İyun 23, 2022 12:37 Asia/Baku
  • Hizbullahdan sionist rejimə xəbərdarlıq

Livan ümumi təhlükəsizlik idarəsinin direktoru Livanla sionist rejim arasında sərhədlərin cızılması müzakirələrində ABŞ-dan olan vasitəçi Amos Hokşteynə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin 2006-cı ildə Livanla 33 günlük savaşı bitdikdən sonra qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi sionist rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkinməyə çağırır, amma bu rejim həmin qətnaməyə məhəl qoymadan daima Livanın hava, quru və dəniz məkanlarını pozur.

Livan Hizbullahı sionist rejimə xəbərdarlıq edibdir ki, əgər İsrail rejiminin Livanla bu rejim arasındakı münaqişəli sulara daxil olmuş gəmisi bu bölgədən qaz çıxarmaqla məşğul olarsa, Hizbullah gəmini hədəfə alacaqdır.

Livan medialarının bildirdiklərinə görə, bu mesajı aldıqdan sonra sionist rejim qüvvələrinin hazırlıq səviyyəsi artıbdır və Hizbullahın mesajını Hokşteyn onlara çatdırıbdır.

Son zamanlar sionist rejimin tabeliyində olan bir qazçıxarma gəmisi «Kariş» bölgəsində Livanla sionist rejim arasındakı münaqişəli sulara daxil olub.

Sionist rejim iddia edir ki, «Kariş» qaz yatağı bu rejimin iqtisadi bölgəsinin hüdudlarında yerləşir, Livan isə bu qənaətdədir ki, bu yataq münaqişəli sularda yerləşir və dəniz sərhədlərinin cızılması üzrə iki tərəfin dolayısı ilə müzakirələri bitməzdən öncə ondan qazın çıxarılması başlanmamalıdır.

Teqlər