İyul 14, 2022 13:37 Asia/Baku
  • S.H.Nəsrullah
    S.H.Nəsrullah

Livan Hizbullahının baş katibi vurğulayıb ki, müqavimət mehvərinin nailiyyətlərindən biri, Amerikanın yeni Yaxın Şərqin yaradılması üzrə planını aradan götürmək olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən müqavimətin 2006-cı il Təmmuz savaşında sionist rejim üzərindəki qələbəsinin ildönümü gününün başlanması münasibətilə etdiyi çıxışında bu məsələyə işarə edib.

Nəsrullah əlavə edib: 33 günlük müharibənin ən mühüm nəticələrindən biri, Livanla sionist düşmən arasında çəkindiricilik parametrinin yaradılması olub.

O, deyib: Məhz çəkindiricilik parametrinin hesabına, sionist düşmən Livana qarşı hər hansı hərbi hərəkət üçün, min dəfə fikirləşir.

Livan Hizbullahının baş katibi söyləyib: İsrail rejiminin müharibə naziri bilir ki, Livana qarşı təhdidləri boş sözlərdir. İsrail rejimi on beş ildən çox müddət bundan öncədən mühasirə altında olan Qəzzəyə girmək cürətinə malik olmadığı bir halda, necə Livana girə bilər?

Seyid Həsən Nəsrullah vurğulayıb ki, bu gün müqavimətin imkanları misilsizdir və vuruşmaq iradəsi bu gün hər zamandakından daha güclüdür.

Livan Hizbullahının baş katibi deyib: Müqavimət, Livanın neft və qaza əlçatanlıq və onları çıxarmaq istiqamətində malik olduğu yeganə gücdür. Bu iki maddənin çıxarılması Livanın və Livan hökumətinin nicatı üçün qızıl bir fürsətdir.

Seyid Həsən Nəsrullah əlavə edib: Bu gün yeni Qərbi Asiya planı ilə bağlı yeni versiya mövcuddur və Baydenin regiona səfəri də məhz bu istiqamətdədir.

Amerika bu gün 2003-cü və 2006-cı illərin Amerikasından fərqlənir və onun qoca prezidenti qocalıq mərhələsinə daxil olan Amerikanın simasından bir görüntüdür- deyən Livan Hizbullahının baş katibi əlavə edib: Bayden iki səbəbə görə, bölgəyə gəlib. Birincisi, Fars Körfəzi ölkələrini neft və qaz ixracına qane etdirməyə, ikincisi isə İsrail rejiminə görə. Amerikalıların Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə bağlı birinci və təyinedici tapşırığı, Avropa üçün Rusiya qazına alternativin təmin edilməsidir.

Seyid Həsən Nəsrullah həmçinin deyib: Amerika prezidenti işğal olunmuş Fələstinə səfərində Fələstin xalqına təqdim etmək üçün mütləq şəkildə bir şeyə malik deyildir.

 

Teqlər