İyul 15, 2022 11:56 Asia/Baku
  • Məhəmməd Əl-Bəxiti
    Məhəmməd Əl-Bəxiti

Yəmənin Milli Qurtuluş Hökumətinin Siyasi Şurasının yüksək səviyyəli üzvü deyib: "Sionist rejimin Livana qarşı hər hansı axmaqlığı genişmiqyaslı regional müharibəyə səbəb olacaq".

SəhərAzəri-nin məlumatına əsasən, Yəmənin Milli Qurtuluş Hökumətinin Siyasi Şurasının üzvü Məhəmməd Əl-Bəxiti Livan Hizbullahının baş katibinin çərşənbə günündəki çıxışına reaksiyada deyib: "Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın təhdidləri realdır və sionist rejim bunu çox yaxşı bilir".

Seyid Həsən Nəsrullah çıxışının bir hissəsində deyib ki,  bu gün müqavimətin imkanları misilsizdir və vuruşmaq iradəsi bu gün hər zamandakından daha güclüdür.

Əl-Bəxiti əlavə edib: "Əgər vəziyyət pisləşərsə, Hizbullah təkcə Kariş neft yatağı ilə kifayətlənməyəcək, Necə ki, Seyid Həsən Nəsrullah sionist rejimə xitabən dedi ki, "Bu sözləri qeyd edin. Biz Karişə və Karişin o tərəfinə çatacağıq" Hizbullah sahillərdə baş verən bütün hadisələri izləyir və və bütün hadisələrə nəzarət edir.

Məhəmməd Əl-Bəxiti daha sonra deyib: "İsrailin Livanla müharibəyə girməsi bölgədə partlayışa səbəb olacaq ki, bu da işğalçı rejimin xeyrinə deyil".

Teqlər