Səud koalisiyası Yəmənin neft gəlirlərini qarət edir
Səna hökumətinin neft naziri bildirib ki, səud koalisiyasının qüvvələri və onların muzdluları 2018-ci ildən cari ilin ortalarınadək Yəmənin 9,5 milyard dollardan çox neft gəlirlərini qarət ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Əhməd Darəs deyib: Əgər biz neft və qaz hasilatına nəzarət etsəydik və onun gəlirləri bizim ixtiyarımıza keçsəydi, yəmənlilərin əmək haqqılarını ödəyə bilərdik.
Yəmənin neft və mədənlər nazirliyi BMT-dən, dünya ictimaiyyətindən və bütün humanitar orqanlardan istədi ki, neft məmulatlarının bu ölkəyə girişi prosesini asanlaşdırsınlar, amma bunlar fayda vermədi və səud koalisiyası iştər qırğınlar, istərsə də mühasirə yolu ilə yəmənlilərə əziyyət verməkdədir.
Səud koalisiyası 2015-ci ildə Yəmənə qarşı müharibə başlanandan bəri bu ölkəni hərtərəfli şəkildə mühasirəyə alıb.